Meksikada neft platformasındakı partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb

Meksikada neft platformasındakı partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb Meksikanın “Ku-Alfa” körfəzindəki neft platformasında avqustun 21-də baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Digər ölkələr
23 Avqust , 2021 23:49
Meksikada neft platformasındakı partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb

Meksikanın “Ku-Alfa” körfəzindəki neft platformasında avqustun 21-də baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Partlayışın baş verdiyi platformanın aid olduğu şirkətin rəhbəri Octavio Romero Oropesa keçirdiyi mətbuat konfransında bildirib ki, iki nəfər hələ də itkin düşmüş sayılır. Altı nəfər xəstəxanalarda müalicə alır. Yanıq xəsarəti alanlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bundan əvvəl Meksika prezidenti Andres Manuel Lopez Obrador hadisə nəticəsində bir nəfərin öldüyünü və bir neçə nəfərin itkin düşdüyünü elan etmişdi.

“Ku-Alpha” dəniz platforması iri “Ku Maloob Zaap” kompleksinin tərkibində fəaliyyət göstərir. Bu, Meksikanın ən iri yataqlarından biridir. “Ku-Alpha” dəniz platformasında gündə təxminən 640 min barel ağır neft hasil edilir. Yatağın ehtiyatları 4,9 milyard barel qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi