Meksikanın mərkəzindəki Sakatekas ştatının Xeres bələdiyyəsindəki bara naməlum şəxslər silahlı basqın ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli administrasiya "Facebook" səhifəsində məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.
İnsidentlə bağlı region prokurorluğu araşdırmalara başlayıb.
Hücum iştirakçılarının mümkün motivləri barədə məlumat hələlik açıqlanmayıb.