Meksikada naməlum şəxslər bara hücum edib, 5 nəfər ölüb

Meksikada naməlum şəxslər bara hücum edib, 5 nəfər ölüb Meksikada naməlum şəxslər bara silahlı hücum edərək, ən azı 5 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub.
Digər ölkələr
16 Sentyabr , 2019 11:36
Meksikada naməlum şəxslər bara hücum edib, 5 nəfər ölüb

Meksikada naməlum şəxslər bara silahlı hücum edərək, ən azı 5 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən Tabasko ştatındakı Vilyaermosa şəhəri yaxınlığında baş verib. Naməlum şəxslər Çyapas ştatına aparan yolda yerləşən "Doña Rosa" barına hücum edib.

Araşdırma aparmaq üçün hadisə yerinə Milli Qvardiya və ştat polisinin əməkdaşları gəlib. Hadisə yerinə yaxın olan yol bağlanıb. Bütün zərərçəkənlər xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənlərin sayını, habelə onların motivlərini öyrənməyə çalışır.

Orphus sistemi