Meksikada meriya və polis binasından silah və bankomatlar oğurlanıb

Meksikada meriya və polis binasından silah və bankomatlar oğurlanıb Səhər saatlarında 20 nəfərdən ibarət qrup binaya soxulub
Digər ölkələr
28 Yanvar , 2017 01:57
Meksikada meriya və polis binasından silah və bankomatlar oğurlanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Meksikanın paytaxtı Mexiko yaxınlığında yerləşən kiçik Nopaltepek şəhərinin meriya və polis komendaturasına basqın olub. Canilər orada olan iki bankomat və silahları özləri ilə aparıblar.

"Report" xəbər verir ki, silahlar şəhər administrasiyası binasının birinci mərtəbəsində yerləşən polis komendaturasının otaqlarında olub.

MVT portalının məlumatına görə, 20 nəfərdən ibarət quldur dəstəsi səhər tezdən binaya girərək orada olan iki mühafizəçini və bir xilasedicini döyüblər və daha sonra qarət ilə məşğul olmağa başlayıblar.

Yekunda quldurlar 11 silah və iki bankomatı özləri ilə götürərək hadisə yerindən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat nəticəsində hələ ki, heç kimi tutmaq mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi