Meksikada leysan yağışlardan on yeddi min insan zərər çəkib

Meksikada leysan yağışlardan on yeddi min insan zərər çəkib Zərər çəkənlərin müvəqqəti köçürülmələri üçün 6 mərkəz yaradılıb
Digər ölkələr
5 Noyabr , 2016 00:31
Meksikada leysan yağışlardan on yeddi min insan zərər çəkib

Bakı. 5 noyabr. REPORT.AZ/ Meksikanın Tamaulipas ştatında 17 mindən çox insan güclü leysan yağışlardan zərər çəkib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, Tamaulipas ştatının bəzi ərazilərinə bir neçə saat ərzində 200 millimetrdən çox yağıntı düşüb. Madera, Tampiko və Altamirada vəziyyət daha pisdir.

"Biz dəymiş zərəri qiymətləndirmək, ən yaxın saatda fövqəladə vəziyyət rejimini elan etmək və Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Fondun resurslarına giriş əldə etmək üçün zərər çəkmiş rayonların ətrafına gedirik", - deyə regionun qubernatoru Fransisko Qarsia Kabesa de Vaka bildirib.

Qubernator qeyd edib ki, zərər çəkmiş sakinlərinin müvəqqəti köçürülmələri üçün 6 mərkəz yaradılıb. Sakinlərin hamısına zəruri yardım göstəriləcək.

Leysan yağışlarla bağlı tələfat haqda məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi