Bakı. 4 sentyabr. REPORT.AZ/ Meksikada leysan yağışlar 4 nəfərin ölümünə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, 3 nəfər Çyapas ştatının Tustla-Quterras şəhərində dünyasını dəyişib. Təbii fəlakət zamanı iki ev dağılıb, 1 körpü uçub, 75 avtomobil zədələnib.
Hakimiyyət orqanları bir neçə ailəni təbii fəlakət zonasından təxliyə ediblər.
Daha bir ölüm faktı isə Xalisko şəhərində qeydə alınıb. Təbii fəlakıət zamanı ölmüş sakinin meyitini xilasetmə işlərinə cəlb edilmiş hərbçilər tapıb.