Meksikada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

Meksikada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi Meksika ölüm hallarının sayına görə dünyada dördüncü yerdədir
Digər ölkələr
22 İyul , 2020 10:30
Meksikada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi
0 : 00
0 : 00

Meksikada son sutka ərzində 6 859 nəfər yeni növ koronavirusa yoluxub, 915 nəfər isə virus qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, bununla Meksikada COVID-19 diaqnozu qoyulmuş xəstələrin ölümünün ümumi sayı 40 400-ə çatdı, habelə pandemiya başlandıqdan bəri 356 255 nəfərə bu xəstəliyin diaqnozu qoyulub.

Əlavə edək ki, ölənlərin sayına görə Meksika yalnız ABŞ (140 957), Braziliya (80 120) və Böyük Britaniyadan (45 397) geri qalaraq dünyada dördüncü yerdədir.

Meksika hökuməti yüksək ölüm göstəricilərini ölkə sakinlərinin çoxunun risk qrupuna aid olması ilə izah edir. Belə ki, Meksika piylənmədən əziyyət çəkən insanların sayına görə ABŞ-dan sonra dünyada ikincidir və diabetli vətəndaşların sayına görə liderlərdən biridir.

Son xəbərlər

Orphus sistemi