Meksikada koronavirusdan ölənlərin sayı 203 mini ötdü

Meksikada koronavirusdan ölənlərin sayı 203 mini ötdü ​​​​​​​Meksikada son sutka ərzində yeni növ koronavirus infeksiyasından 577 nəfər ölüb
Digər ölkələr
1 Aprel , 2021 08:35
Meksikada koronavirusdan ölənlərin sayı 203 mini ötdü

Meksikada son sutka ərzində yeni növ koronavirus infeksiyasına 5 977 yeni yoluxma və 577 ölüm faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə nazirliyi açıqlama yayıb.

Məlumata görə, ölkədə indiyədək ümumilikdə 2 238 887 nəfərdə koronavirus aşkar olunub ki, onlardan 203 210-u dünyasını dəyişib.

Müalicə alan 1 773 236 pasiyent isə sağalıb.

Son xəbərlər

Orphus sistemi