Meksikada koronavirusa yoluxanların sayı 155 minə yaxınlaşır

Digər ölkələr
  • 17 iyun, 2020
  • 01:35
Meksikada koronavirusa yoluxanların sayı 155 minə yaxınlaşır

Meksikada 4 599 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 154 863-ə çatıb.

Qeyd edilir ki, Meksikada koronavirusdan ümumilikdə 18 310 insan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.