Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü

Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 104 artıb.
Digər ölkələr
26 İyun , 2020 05:10
Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü

Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 104 artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 202 951 nəfərə çatıb.

"Bugünkü gün Meksikada 202 951 insanda COVID-19 xəstəliyi təsdiq edilib. Təəssüf ki, bu xəstəliyin ağırlaşdırıcı hallarından 25 060 insan ölüb", - o mətbuat konfransında deyib.

Hazırda hakimiyyət orqanları daha 62 475 pasiyentin koronavirusa yoluxma halını və 1 966 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır. 

Son bir gir gündə Şimali Amerika ölkəsində koronavirusdan daha 736 nəfərin öldüyü təsdiq edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi