Meksikada jurnalist güllələnərək öldürülüb

Meksikada jurnalist güllələnərək öldürülüb Maksimino Palasios azı 15 güllə yarası alıb
Digər ölkələr
15 Aprel , 2017 03:57
Meksikada jurnalist güllələnərək öldürülüb

Bakı. 15 aprel. REPORT.AZ/ Meksikanın Aşağı Cənubi Kaliforniya ştatında bir neçə internet xəbər portalı ilə əməkdaşlıq edən jurnalist Maksimino Palasios cümə günü canilərin hücumunun qurbanı olub.

"Report" xəbər verir ki, "Radio Formula" radiostansiyanın məlumatına görə, o, regionun paytaxtı La-Pas şəhərində qətlə yetirilib.

Palasios hadisə baş verən zaman yoldaşı ilə maşında olub. Onlar hərəkətdə olan digər avtomobilin içərisindəki bir qrup şəxs tərəfindən avtomat silahdan atəşə tutulublar. Yaşlı jurnalist azı 15 güllə yarası alıb. Onun həyat yoldaşı zərər çəkməyib.

Faktla bağlı araşdırmaya başlanılıb.

Son xəbərlər

Orphus sistemi