Meksikada ilk dəfə koronavirusun "omikron" ştamı aşkarlanıb

Meksikada ilk dəfə koronavirusun "omikron" ştamı aşkarlanıb Meksikada COVID-19-un "omikron" ştamı ilə ilk yoluxma halı aşkarlanıb.
Digər ölkələr
3 Dekabr , 2021 22:36
Meksikada ilk dəfə koronavirusun omikron ştamı aşkarlanıb

Meksikada COVID-19-un "omikron" ştamı ilə ilk yoluxma halı aşkarlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Hüqo Lopez-Qatel bildirib.

Nazir müavini qeyd edib ki, “omikron” ştamı Cənubi Afrika Respublikasından gələn 51 yaşlı kişidə qeydə alınıb.

“Onun yüngül xəstəliyi var və infeksiyadan qorunmaq üçün könüllü olaraq Mexiko şəhərində özəl xəstəxanaya yerləşdirilib”, - Lopez-Qatel vurğulayıb.

O, etiraf edib ki, “omikron” ştamının yayılması pandemiyanın sonunun başlanğıcı deməkdir.

Son xəbərlər

Orphus sistemi