Meksikada İrəvan xanlığı barədə bəhs edən kitabın təqdimatı olub - FOTO

Meksikada İrəvan xanlığı barədə bəhs edən kitabın təqdimatı olub - FOTO Səfir İlqar Muxtarov Meksikada diplomatik fəaliyyətinin sonuncu tədbirini keçirib
Digər ölkələr
16 Fevral , 2016 22:33
Meksikada İrəvan xanlığı barədə bəhs edən kitabın təqdimatı olub - FOTO

Bakı. 16 fevral. REPORT.AZ Bakı. 16 fevral. REPORT.AZ/ Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan “ANAHUAC” Universitetinin (Universidad Anahuac) Qlobal Araşdırmalar Fakultəsində səfirlik tərəfindən ispan dilinə tərcümə edilən və Meksikada nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, təqdimatda Anahuac Universiteti Beynəlxalq Araşdırmalar Fakultəsinin Dekanı Karlos Kamaço Qaos (Carlos Camacho Gaos), universitetin tələbə, müəllim və müxtəlif dərəcəli elmi işçi heyəti iştirak ediblər

Tədbir giriş sözü ilə açan Karlos Kamaço Qaos çıxış edərək bildirib ki, səfir İlqar Muxtarovun Meksikada diplomatik fəaliyyəti artıq başa çatır, həmçinin bu tədbirin bir növ vidalaşma mərasimi olduğunu söyləyib. K.K.Qaos İ.Muxtarovun Meksikada olduğu müddət ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirib, eyni zamanda Anahuac Universiteti ilə yaxından əməkdaşlıq etməsi münasibətilə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Daha sonra səfir çıxış edərək, ölkəmizin ərazisi, əhalisi, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olmasından, həmçinin burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları barədə məlumat verib.

Ardınca İ.Muxtarov, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı tarixi kitabın çap edilməsinin əhəmiyyətini qeyd edərək, bu kitabın işıq üzü görməsinin Azərbaycan tarix elmində diqqətəlayiq bir hadisə olduğunu bildirib.

İ. Muxtarov həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırmının nəticələrindən bəhs edib. Qeyd edib ki, Xocalıda baş vermiş soyqırım hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlərin davamıdır.

Səfir vurğulayıb ki, bugünədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar və beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdədir.

Tədbirin yekununda yönəldilən çoxsaylı suallara cavab verilib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

Son xəbərlər

Orphus sistemi