Meksikada hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

Meksikada hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb.
Digər ölkələr
26 Avqust , 2021 08:25
Meksikada hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi helikopter 50 metr səmaya qalxdıqdan az sonra sonra yerə düşüb. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan biri Verakruz əyalətinin daxili işlər naziri Erik Kisnerosdur. Onun vəziyyəti sabit qiymətləndirilir.

Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Pilot fırtına səbəbindən helikopterə idarəetməni itirib.

25.08.2021. 22:40

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, helikopterin göyərtəsində olan qonşu Verakruz əyalətinin daxili işlər naziri Erik Kisneros xəsarət alıb.

Əyalət xəstəxanasına yerləşdirilən nazirin vəziyyəti sabit qiymətləndirilir.

Hadisə yerindən çəkilmiş fotolar helikopterin quyruq hissəsinin tamamilə çökdüyünü, gövdəsinin zədələndiyini göstərir.

Son xəbərlər

Orphus sistemi