Meksikada hərbçilər 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər

Meksikada hərbçilər 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər Bakı. 23 avqust. REPORT.AZ/ Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Sinaloa ştatında əməliyyat zamanı metamfetamin olduğu ehtimal edilən 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər.
Digər ölkələr
23 Avqust , 2018 07:51
Meksikada hərbçilər 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər

Bakı. 23 avqust. REPORT.AZ/ Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri Sinaloa ştatında əməliyyat zamanı metamfetamin olduğu ehtimal edilən 10 tondan çox sintetik narkotik maddə aşkar ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Milenio" qəzeti yazıb.

Qadağan olunmuş maddə ştatın dağlıq hissəsində yerləşən Los-Sedros rayonu ərazisində tapılıb. Faktla bağlı kiminsə saxlanılması barədə məlumat yoxdur.

Ötən həftə Sinaloada 50 tona yaxın metamfetamin aşkar olunmuşdu.

Son xəbərlər

Orphus sistemi