Meksikada daha bir şəhərin meri öldürülüb

Meksikada daha bir şəhərin meri öldürülüb Peres naməlum şəxs tərəfindən qüllələnib
Digər ölkələr
29 Dekabr , 2017 23:57
Meksikada daha bir şəhərin meri öldürülüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Meksikanın Herrero ştatının Petatlan bələdiyyə təşkilatının başçısı Arturo Qomes Peres öldürülüb.

"Report" xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə Demokratik İnqilab Partiyasının məlumatında deyilir.

Partiyanın məlumatında siyasətçinin qətli qınanılır və hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunur.

İlkin məlumata görə, A. Peres naməlum şəxs tərəfindən güllələnib. Qətlin baş verdiyi zaman o, dostları ilə birgə restoranda olub. Mer xəstəxanaya çatdırılsa da, aldığı güllə yaralarından dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi