Meksikada COVID-19 546 nəfəri öldürdü

Meksikada COVID-19 546 nəfəri öldürdü Meksikada son sutka ərzində COVID-19-a 500-dən çox yeni yoluxma qeydə alınıb.
Digər ölkələr
18 Aprel , 2020 08:09
Meksikada COVID-19 546 nəfəri öldürdü

Meksikada son sutka ərzində COVID-19-a 500-dən çox yeni yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Epidemiologiya Xidmətinin rəhbəri Xose Luis Alomia məlumat verib. 

Onun sözlərinə görə, süni nəfəs cihazlarından istifadə edən 315 nəfər daxil olmaqla 1 739 pasiyent ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, ötən gün 60 nəfər pandemiyanın qurbanı olub. Bununla da Meksikada koronavirus qurbanlarının ümumi sayı 546-ya çatıb.

O, qeyd edib ki, 28 126 nəfərin koronavirus testi mənfi nəticə verib.

Son xəbərlər

Orphus sistemi