Meksikada cinayətkarlarla polis arasında atışmada 9 nəfər həlak olub
- 04 aprel, 2022
- 00:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikanın Miçoakan ştatında silahlı qrup üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, Jiquilpan şəhərində baş verən silahlı qarşıdurmada 1 polis əməkdaşı və 8 cinayətkar həyatını itirib. Qeyd edilir ki, cinayətkarlar iki avtomobildə dörd nəfərdən ibarət qrup olaraq hərəkət edirmiş. Polis qanunsuz qruplaşma üzvlərini təqib edib.
Bu zaman onlar arasında atışma olub. Hadisə nəticəsində avtomobildəki 4 silahlı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Cinayətkarların təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində bir polis əməkdaşı yaralanıb, o, xəstəxanaya çatdırılsa da, orada ölüb.
Digər avtomobildə olan 4 silahlı təhlükəsizlik qüvvələrinin əməkdaşlarından yayınmaq istəyərkən onların olduğu avtomobiı qəzaya uğrayıb, nəticədə silahlıların hamısı hadisə yerində həyatını itirib.
Qeyd edək ki, narkokartellərin fəaliyyət göstərdiyi Miçoakan əyalətində 6 gün əvvəl baş verən silahlı hücum zamanı 20 nəfər həlak olub.