Meksikada bazarda atışma nəticəsində 3 nəfər ölüb

Digər ölkələr
  • 14 may, 2019
  • 03:18
Meksikada bazarda atışma nəticəsində 3 nəfər ölüb

Bazar ertəsi Meksika paytaxtında yerləşən Tepito bazarında baş verən atışma zamanı azı 3 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Universal" portalı məlumat yayıb.

İlkin məlumatlara görə, yerli quldurlar tacirlərdən haqq toplamağa gəliblər, lakin odlu silah ilə qarşılanıblar. Atışma zamanı 3 quldur öldürülüb.

Hazırda bazar polis tərəfindən mühasirəyə alınıb.