Yuxarı

Meksikada baş vermiş partlayışda ölənlərin sayı 27 nəfərə çatıb

Hadisə nəticəsində 136 nəfər yaralanıb

Bakı. 23 aprel. REPORT.AZ/Meksikanın Verakrus şəhərindəki neft kimya zavodunda baş vermiş partlayışda ölənlərin sayı artıb.

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 27 nəfərə çatıb.

Partlayış zamanı itkin düşmüş fəhlələrin yaxınları doğmalarının meyitlərini tanımaq üçün zavodun həyətinə gəliblər.

Koatsakoalkos şəhərindəki zavodda güclü partlayış aprelin 20-də baş verib. Hadisə nəticəsində 136 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi