Meksikada baş vermiş atışmada 19 nəfər öldürülüb

Meksikada baş vermiş atışmada 19 nəfər öldürülüb Polisə hücum etmiş 19 silahlının hamısı öldürülüb, Habelə 5 polis əməkdaşı da yüngül xəsarət alıb
Digər ölkələr
2 İyul , 2017 05:56
Meksikada baş vermiş atışmada 19 nəfər öldürülüb
Courtesy İmage

Bakı. 2 iyul. REPORT.AZ/ Meksikada polislərlə cinayətkar qruplaşmanın üzvləri arasında baş vermiş atışmada 19 nəfər öldürülüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, insident ölkənin şimal-qərbindəki Sinaloa ştatında, Villa Yunion şəhərində qeydə alınıb.

Rəsmi məlumata görə, 19 silahlı avtomobillə 15 polis əməkdaşına hücum edib. Bundan sonra polis əməkdaşlarının köməyinə yeni qüvvələr gəlib.

Atışma zamanı polisə hücum etmiş 19 silahlının hamısı öldürülüb. Habelə 5 polis əməkdaşı da yüngül xəsarət alıb.

Sinaloa Meksikanın çoxsaylı mafiozlarının məskənidir. Burada qətl hadisələri cinayətkar qruplaşma rəhbəri "El Çapo" ləqəbli Hoakim Qazmanın ABŞ-a ekstradisiyasından sonra çoxalıb. 

Son xəbərlər

Orphus sistemi