Meksikada avtosisternlə avtobus toqquşub, ölən və yaralananlar var - VİDEO

Meksikada avtosisternlə avtobus toqquşub, ölən və yaralananlar var - VİDEO Faciə Syudad-Viktoriya və Monterrey şəhərlərini birləşdirən yolda baş verib
Digər ölkələr
25 Noyabr , 2017 04:11
Meksikada avtosisternlə avtobus toqquşub, ölən və yaralananlar var - VİDEO

Bakı. 25 noyabr. REPORT.AZ/ Cümə günü Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatında avtosisternlə avtobusun toqquşması nəticəsində azı 2 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə federal polis öz "Twitter" səhifəsində yazıb.

Faciə Syudad-Viktoriya və Monterrey şəhərlərini birləşdirən yolda baş verib.

"Televisa" telekanalının məlumatına görə, qəza nəticəsində daha 10 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi