Meksikada avtomobildə 9 nəfərin cəsədi aşkarlanıb

Meksikada avtomobildə 9 nəfərin cəsədi aşkarlanıb Bakı. 6 may. REPORT.AZ/ Meksikada avtomobildə 9 nəfərin cəsədi aşkarlanıb.
Digər ölkələr
5 may 2018 23:37
Meksikada avtomobildə 9 nəfərin cəsədi aşkarlanıb

Bakı. 6 may. REPORT.AZ/ Meksikada avtomobildə 9 nəfərin cəsədi aşkarlanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Herrero ştatının Prokurorluğu məlumat yayıb.

Məlumata görə, cəsədlər Çilpansinqo şəhərində aşkarlanıb. Prokurorluğun xəbərində bildirilir ki, avtomobilin sürücüsünün cəsədi də meyitlər arasındadır. İstintaqı aparan təhqiqatçılar hesab edir ki, cəsədi aşkarlanan şəxslər müxtəlif qanunsuz malların ticarəti ilə məşğul olublar. Onlar avtomobildən də bu məqsədlə istifadə ediblər.

Prokurorluq insanların öldürülməsi şəraitinin araşdırılmasına başlayıb. Öldürülənlər daha əvvəl Tikstla şəhərində naməlum şəraitdə oğurlanıblar.

Qeyd edək ki, Herrero Meksikada cinayət nöqteyi-nəzərindən ən təhlükəli ştatlardan biridir. 

Son xəbərlər

Orphus sistemi