​Meksikada avtobusla yük maşını toqquşub, 40 nəfər xəsarət alıb

​Meksikada avtobusla yük maşını toqquşub, 40 nəfər xəsarət alıb Qəza Moreliya və Maravatio şəhərləri arasında baş verib
Digər ölkələr
24 May , 2016 07:45
​Meksikada avtobusla yük maşını toqquşub, 40 nəfər xəsarət alıb

Bakı. 24 may. REPORT.AZ/ Meksikanın Miçoakan ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi yerli hakimiyyət orqanları məlumat veriblər.

Qəza Moreliya və Maravatio şəhərləri arasındakı yolda baş verib. İlkin məlumatlara görə, yük avtomobili qarşı zolağa çıxıb.

"Sin Embargo" portalı qeyd edir ki, avtobusun bir çox sərnişinləri avtobusun daxilində və oturacaqlar arasında sıxılmış vəziyyətdə qalıblar. Ölkənin Mülki Müdafiə Xidməti beş nəfərin ciddi yaralandığını məlumat verib.

Son xəbərlər

Orphus sistemi