Meksikada sərnişin avtobusunun alışması nəticəsində onlarla insan yanaraq ölüb

Digər ölkələr
  • 11 sentyabr, 2022
  • 06:20
Meksikada sərnişin avtobusunun alışması nəticəsində onlarla insan yanaraq ölüb

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Syudad-Viktoriya və Monterrey şəhərləri arasında sərnişin avtobusu və tez alışan maddənin olduğu yük maşınının toqquşaraq yanması nəticəsində azı 20 nəfər həlak olub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qəza nəticəsində hər iki avtomobil tamamilə yanıb, yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.

Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qəzanın başvermə səbəbi açıqlanmır.

10.09.2022. 23:26

Meksikada ağır yol qəzası baş verib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə ölkənin şimal-şərqindəki Tamaulipas ştatında, Syudad-Viktoriya və Monterrey şəhərləri arasındakı magistral yolda baş verib.

Belə ki, traktorun daşıdığı və içərisində tez alışan maddənin olduğu çən nəqliyyat vasitəsindən ayrılaraq sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobus yanaraq külə dönüb.

Hadisə yerinə gələn xilasedicilər yanan avtobusun içərisindən 9 nəfərin cəsədini çıxarıblar.

Hələlik rəsmi təsdiqini almayan məlumata görə, ölənlərin sayı ən azı 18 nəfər ola bilər.

Traktorun sürücüsü hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.