Meksikada polislə quldurlar arasında baş vermiş atışmada 5 nəfər öldürülüb
Digər ölkələr
- 17 mart, 2017
- 02:48
Bakı. 17 mart. REPORT.AZ/ Meksikanın Xalisko ştatının Xokotepek şəhərində cinayətkarlarla polis əməkdaşları arasında atışma baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" ştatın baş prokurorluğuna istinadən xəbər verib.
Məlumata görə, quldurlar şəhər yaxınlığındakı magistral yolda polis patruluna hücum ediblər. Nəticədə asayiş keşikçiləri ilə cinayətkarlar arasında silahlı insident baş verib. Atışma zamanı 5 nəfər öldürülüb.
İlkin məlumatlar göstərir ki, atışma zamanı öldürülənlərin hamısı cinayətkarlardır. Lakin bir neçə quldur qaçıb gizlənməyə müvəffəq olub. Hazırda onların axtarışı davam edir.
Polis əməkdaşları hadisə yerində cinayətkarlara məxsus bir neçə avtomobili və silahı müsadirə edib.
Son xəbərlər
13:17
Ərdoğan: Qarabağda böyük inkişaf təşəbbüsü İlham Əliyevin güclü liderliyinin göstəricisidir
Xarici siyasət13:10
Çin Liszyan-1 Y9 raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib
Digər ölkələr13:03
Azərbaycanın stolüstü tennisçiləri növbəti mərhələyə yüksəliblər
Komanda13:01
Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib
ASK12:54
Deputat: Hərbi parad xalqımızın Qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir
Daxili siyasət12:46
Yaponiyada 6,7 bal gücündə zəlzələ baş verib
Digər ölkələr12:24
Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunlar üçün heyəti açıqlanıb
Futbol12:11
Sabah hava əsasən yağmursuz keçəcək
Ekologiya11:37