Yuxarı

​Meksikada atışma nəticəsində 11 nəfər ölüb

Polis və quldurlar arasında silahlı insidentlər Rio-Bravo şəhərində baş verib

Bakı. 28 noyabr. REPORT.AZ/ Meksikada asayiş keşikçiləri ilə quldurlar arasında baş verən atışma nəticəsində 11 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, Tamaulipas ştatının əlaqələndirmə qrupunun məlumatına görə, silahlı toqquşmalardan üçü ABŞ-la sərhəddə yerləşən Rio-Bravo şəhərində qeydə alınıb.

Burada iki polis və beş cinayətkar ölüb. Bununla yanaşı quldurlar şəhərin bir sıra küçələrinin bağlanmasını təşkil ediblər. Onlar polis və ya ordunun cinayət aləminə qarşı əməliyyatlarından qaçmaq üçün tez-tez bu kimi tədbirlərə əl atırlar.

Eyni zamanda ölkənin Qerrero ştatında naməlum şəxslər özünümüdafiə dəstəsinin dörd üzvünə atəş açıblar. Hücum Tistla şəhərində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi