Meksikada atışma baş verib, ölən və yaralananlar var

Digər ölkələr
  • 25 iyul, 2017
  • 17:42
Meksikada atışma baş verib, ölən və yaralananlar var

Bakı. 25 iyul. REPORT.AZ/ Meksikanın Kordoba şəhərində barın qarşısında baş verən atışma nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

"Report" xəbər verir ki, cinayətkarlar bardan çıxan nəqliyyat şirkəti əməkdaşlarına atəş açıblar.

Hazırda iki şübhəli şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Cinayətin motivləri hələlik məlum deyil.