Meksikada avtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
“Report” yerli “La Razon” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzindəki Mexiko və İdalqo ştatlarını ayıran ərazidə baş verib.
Bildirilib ki, ölənlər arasında həddi-büluğa çatmamış şəxs də var. Zərərçəkmişlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onlardan 6-sı ağır durumdadır.
Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, olaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.