Meksikada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Meksikada ağır yol qəzası olub, ölənlər və yaralananlar var Bakı. 5 yanvar. REPORT.AZ/ Meksikada baş vermiş ağır yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb.
Digər ölkələr
5 Yanvar , 2018 07:48
Meksikada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 5 yanvar. REPORT.AZ/ Meksikada baş vermiş ağır yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb.

"Report" "Ren TV"ə istinadən xəbər verir ki, bu barədə yerli mülki müdafiə xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, fəhlələri daşıyan mikroavtobus Autlan və El-Qrulyo şəhərləri arasındakı körpüdə çevrilib və su anbarına aşıb.

Hadisə nəticəsində həmçinin 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi