Meksikada 6,2 bal gücündə daha bir zəlzələ olub

Meksikada 6,2 bal gücündə daha bir zəlzələ olub Zəlzələ ilə əlaqədar ölkədə həyəcan təbili çalınıb
Digər ölkələr
23 Sentyabr , 2017 18:35
Meksikada 6,2 bal gücündə daha bir zəlzələ olub
"Reuters"

Bakı. 23 sentyabr. REPORT.AZ/ Meksikanın şərqində 6,2 bal gücündə zəlzələ olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Oahaka ştatının Matias Romero şəhərinin cənub-şərqində yerləşib. Agentliyin məlumatına görə, zəlzələ ilə əlaqədar Meksikada həyəcan təbili çalınıb.

Daha əvvəl məlum olub ki, sentyabrın 19-da baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 286 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi