Meksikada 5 polis əməkdaşı öldürülüb

Digər ölkələr
  • 28 iyul, 2018
  • 23:52
Meksikada 5 polis əməkdaşı öldürülüb

Bakı. 29 iyul. REPORT.AZ/ Meksikada polis əməkdaşları qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə "Excelsior" portalı bildirib.

Məlumata görə, hadisə Puebla ştatında baş verib. Polis əməkdaşları Uauçinanqo bələdiyyəsində kəndarası yolla hərəkət edən zaman onların avtomobili başqa maşına çırpılıb. Bundan sonra onları güllələyiblər. 

Hadisə zamanı 5 polis əməkdaşı həlak olub.