Meksikada 43 tələbəni qətlə yetirən cinayətkar qrupun başçısı saxlandı

Meksikada 43 tələbəni qətlə yetirən cinayətkar qrupun başçısı saxlandı Meksikada 43 tələbəni öldürərək yandırılmasını təşkil etməkdə şübhəli bilinən “Guerreros Unidos” adlı cinayətkar qrupun başçısı Xose Kasarrubias saxlanılıb.
Digər ölkələr
310
2 İyul , 2020 12:36
Meksikada 43 tələbəni qətlə yetirən cinayətkar qrupun başçısı saxlandı

Meksikada 43 tələbəni öldürərək yandırılmasını təşkil etməkdə şübhəli bilinən “Guerreros Unidos” adlı cinayətkar qrupun başçısı Xose Kasarrubias saxlanılıb.

“Report” yerli “Milenio TV”yə istinadən xəbər verir ki, məlumatı Meksikanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, saxlanılmazdan bir neçə saat əvvəl tələbələrin oğurlanaraq qətlə yetirilməsi işi üzrə dəlil olmadığı üçün hakim onun sərbəst buraxılması haqqında qərar çıxarıb. Ancaq dövlət ittihamçısının yeni vəsatətindən sonra Xose Kasarrubias yenidən saxlanılıb.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da 6 adamın ölümə ilə nəticələnən İquala şəhərindəki nümayiş vaxtı polislə etirazçılar arasında baş verən toqquşmalardan sonra 43 tələbə yoxa çıxmışdı. Sonradan onların qətlə yetirilərək yandırıldığı aşkar edilib.