Meksikada 29 mindən çox insan COVID-19-dan öldü

Meksikada 29 mindən çox insan COVID-19-dan öldü Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 741 nəfər artıb.
Digər ölkələr
3 İyul , 2020 07:33
Meksikada 29 mindən çox insan COVID-19-dan öldü

Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 741 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia öz açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 679 nəfər vəfat edib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə ümumilikdə 238 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 189 nəfəri vəfat edib.

Hazırda hakimiyyət orqanları daha 76 423 pasiyentin koronavirusa yoluxma halını və 2 105 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır.

Son xəbərlər

Orphus sistemi