Meksikada 20 nəfərin cəsədi aşkarlanıb

Meksikada 20 nəfərin cəsədi aşkarlanıb Meksikanın Miçoakan ştatında 20 nəfərin cəsədi aşkarlanıb. Report RİA Novostiyə istinadən xəbər verir ki, bunu ştatın Təhlükəsizlik naziri İsrael Patron açıqlayıb.
Digər ölkələr
9 Avqust , 2019 03:18
Meksikada 20 nəfərin cəsədi aşkarlanıb

Meksikanın Miçoakan ştatında 20 nəfərin cəsədi aşkarlanıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ştatın Təhlükəsizlik naziri İsrael Patron açıqlayıb.

Onun sözlərinə görə, cəsədlər Uruapan şəhərinin üç fərqli yerində tapılıb. Xüsusilə ikisi qadın olmaqla körpüdə asılı vəziyyətdə doqquz cəsəd aşkar edilib. Bundan əlavə, yeddi cəsəd hissələrə bölünmüş vəziyyətdə tapılıb. Onların müayinəsi zamanı üzərlərində güllə yaralarının olduğu müəyyən edilib.

2018-ci ildə Meksikada rekord sayda qətl hadisəsi qeydə alınıb. Təhlükəsizlik Nazirliyi bu rəqəmin 33.34 mindən çox olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi