Meksikada 2 ildə 953 polis öldürülüb

Meksikada 2 ildə 953 polis öldürülüb 2018-ci ilin 1 yanvarından bu ilin 1 yanvarınadək Meksikada azı 953 polis əməkdaşı öldürülüb.
Digər ölkələr
5 Fevral , 2020 03:44
Meksikada 2 ildə 953 polis öldürülüb

2018-ci ilin 1 yanvarından bu ilin 1 yanvarınadək Meksikada azı 953 polis əməkdaşı öldürülüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin “Causa Comun” qeyri-hökumət təşkilatı özünün “Twitter” səhifəsində bildirib.

Qeyd edilir ki, onlardan 482 nəfəri bələdiyyə polisində, 413-ü regional, 58-i federal polisdə işləyib.

Təşkilatın məlumatına görə, həlak olanların ən böyük sayı Quanahuato, Herrero, Mexiko, Miçoakan, PueblaHalisko ştatlarıında qeydə alınıb.

Ölkədə polisin öldürülmə riski adi vətəndaşlarla müqayisədə dörd dəfə çoxdur. Təşkilat iddia edib ki, hakimiyyət polislərə etinasızlıqla yanaşır və onları iş resursları, avadanlıqlarla təmin etmir, asayiş keşikçilərinin qətlləri tez-tez cəzasız qalır.

İctimai Təhlükəsizlik üzrə Milli Sistemin icraçı katibliyinin məlumatına görə, ölkədə 2019-cu ildə azı 35,5 min qəsdən adamöldürmə qeydə alınıb. Bu, indiyə qədər qeydə alınmış rekord göstəricidir. 

Son xəbərlər

Orphus sistemi