Meksika Venesuela böhranının həlli üçün danışıqlara ev sahibliyi edə bilər

Meksika Venesuela böhranının həlli üçün danışıqlara ev sahibliyi edə bilər Bakı. 26 fevral. REPORT.AZ/ Meksika Venesueladakı böhranı aradan qaldırmaq üçün aparılacaq danışıqlara ev sahibliyi etməyə hazırdır.
Digər ölkələr
26 Fevral , 2019 21:20
Meksika Venesuela böhranının həlli üçün danışıqlara ev sahibliyi edə bilər
PBS

Bakı. 26 fevral. REPORT.AZ/ Meksika Venesueladakı böhranı aradan qaldırmaq üçün aparılacaq danışıqlara ev sahibliyi etməyə hazırdır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt Mexiko şəhərində keçirdiyi mətbuat konfransında ölkə Prezidenti Andres Manuel Lopes Obrador bildirib.

“Meksika hər hansı ölkədə sülhün bərqərar olması üçün dialoqa həmişə dəstək verə bilər. Bunun üçün qapılarımız daim açıqdır”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Meksika Prezidenti Venesueladakı böhranı dinc yolla aradan qaldırmaq üçün beynəlxalq hüquq normalarına, daxili işlərə müdaxilələrə yol verməməyə əsaslanan dialoqun zəruri olduğunu dəfələrlə bəyan edib.

Son xəbərlər

Orphus sistemi