Meksika: şübhəlilər 43 tələbəni öldürdüklərini "etiraf ediblər"

Meksika: şübhəlilər 43 tələbəni öldürdüklərini "etiraf ediblər" İquala şəhərindəki nümayiş vaxtı baş verən toqquşmalardan sonra 43 tələbə yoxa çıxmışdı
Digər ölkələr
113
8 Noyabr , 2014 23:45
Meksika: şübhəlilər 43 tələbəni öldürdüklərini etiraf ediblər
Bakı. 8 noyabr. REPORT.AZ/Meksikada tələbələrin yoxa çıxması ilə bağlı saxlanılan şübhəlilər 40-dan artıq gəncin qətlə yetirildiyini bildiriblər, ölkənin baş prokuroru bəyan edib.

Jesus Murillo deyib ki, cinayətkar dəstəyə mənsub olan şübhəlilər polisin onlara “təhvil verdiyi” tələbələri öldürdükdən sonra yandırıblar.

43 tələbə sentyabrın sonunda cənubdakı İquala şəhərində polislə toqquşmalardan sonra yoxa çıxıb. İstintaqın versiyasına görə tələbələr polis tərəfindən oğurlanaraq yerli cinayətkar dəstəyə verilmişdir.

"Report" BBC-yə istinadən bildirir ki. Meksikanın baş prokuroru şübhəlilərin ehtirafını əks etdirən videoyazını nümayiş etdirib. 

Murillo deyib ki, cəsədlərin yandırılması ölənlərin kimliyini müəyyən etmək üçün tələb edilən DNT nümünələrinin alınmasını çətinləşdirib.

Sentyabrın 26-da 6 adamın ölümə ilə nəticələnən İquala şəhərindəki nümayiş vaxtı polislə etirazçılar arasında baş verən toqquşmalardan sonra 43 tələbə yoxa çıxmışdır.

İfadə verən polislər deyiblər ki, tələbələrə hücum etmək əmrini gənclərin etiraz fəaliyyətindən narazı olan şəhər meri verib.

Şəhəri tərk etməyə cəhd edən İquala şəhəri merinin polis tərəfindən yaxalandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi