Meksika Ekvadorun keçmiş vitse-prezidentinə sığınacaq verib

Meksika Ekvadorun keçmiş vitse-prezidentinə sığınacaq verib Meksika hakimiyyəti Kitodakı səfirliyinə sığınan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq vermək qərarına gəlib.
Digər ölkələr
6 Aprel , 2024 03:46
Meksika Ekvadorun keçmiş vitse-prezidentinə sığınacaq verib

Meksika hakimiyyəti Kitodakı səfirliyinə sığınan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq vermək qərarına gəlib.

"Report"un xəbərinə görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Alınan məlumatların hərtərəfli təhlilindən sonra Meksika hökuməti hazırda ölkənin Kitodakı səfirliyində yerləşən Xorxe David Qlas Espinelə siyasi sığınacaq vermək qərarına gəlib və bu barədə rəsmi olaraq Ekvador hakimiyyətinə məlumat veriləcək”, - nazirlikdən bildiriblər.

"Hökumət Meksikanın Kitodakı səfirliyi yaxınlığında Ekvador polis qüvvələrinin artırılmasını rədd edir. Bu, səfirliyimizə qarşı açıq-aşkar təqib və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması deməkdir", - Meksika Xarici İşlər Nazirliyi Ekvador hakimiyyətinə çağırış edib.

Bəyanatda Ekvadorun bir gün əvvəl Meksikanın Kitodakı səfiri Rakel Serurun “persona non qrata” elan etmək qərarına görə təəssüf ifadə olunur.

Xatırladaq ki, Ekvadorun keçmiş vitse-prezidenti korrupsiyada ittiham olunur. Qlas artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib. Meksika Xarici İşlər Nazirliyi ötən ilin dekabrında bildirib ki, Qlas ölkənin Kitodakı səfirliyindən sığınacaq istəyib. Bundan sonra Ekvador hakimiyyəti Meksika diplomatik nümayəndəliyindən polisə Qlası həbs etməyə icazə verməsini istəyib, lakin onlar bundan imtina ediblər.

Son xəbərlər

Orphus sistemi