Meksika Culian Assanja siyasi sığınacaq verəcək

Meksika Culian Assanja siyasi sığınacaq verəcək Meksika Birləşmiş Ştatlarının prezidenti Andres Manuel Lopes Obrador ölkəsinin “WikiLeaks” saytının banisi Culian Assanja siyasi sığınacaq verəcəyini bəyan edib.
Digər ölkələr
5 Yanvar , 2021 02:34
Meksika Culian Assanja siyasi sığınacaq verəcək
Andres Manuel Lopes
0 : 00
0 : 00

Meksika Birləşmiş Ştatlarının prezidenti Andres Manuel Lopes Obrador ölkəsinin “WikiLeaks” saytının banisi Culian Assanja siyasi sığınacaq verəcəyini bəyan edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Prezident keçirdiyi mətbuat konfransında bununla bağlı müvafiq sənədlərin hazırlanması üçün xarici işlər nazirinə göstəriş verəcəyini bildirib.

Meksika lideri London Mərkəzi Cinayət Məhkəməsinin hakiminin Culian Assanjla bağlı verdiyi qərarı alqışlayıb və bunu ədalətin təntənəsi adlandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “WikiLeaks” saytının banisi Culian Assanjın ekstradisiyası barədə ABŞ hakimiyyətinin sorğusuna rədd cavabı verib. Əgər Assanj ABŞ-a ekstradisiya olunarsa, onu 175 il həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi