Meksika ABŞ-yə xəbərdarlıq edib

Meksika ABŞ-yə xəbərdarlıq edib Meksika, ABŞ-da mallarına rüsum tətbiq edilərsə, oxşar cavab tədbirləri görməyə hazır olacaq. Nə hədələr, nə də tariflər ABŞ-də miqrasiya və narkotik istifadəsi problemlərini həll etməyəcək.
Digər ölkələr
26 Noyabr , 2024 22:37
Meksika ABŞ-yə xəbərdarlıq edib

ABŞ Meksika mallarına rüsum tətbiq edərsə, cavab tədbirləri görüləcək.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.

“Bir tarif qarşılığında başqa bir tarifə səbəb olacaq və bu, ümumi şirkətlərimizi təhlükə altına alana qədər davam edəcək”, - Şeynbaum sərhədin hər iki tərəfində zavodları olan ABŞ-nin avtomobil istehsalçıları barədə danışarkən söyləyib.

Daha əvvəl yeni seçilmiş Prezident Donald Tramp ABŞ-yə qanunsuz miqrant və narkotik axınını məhdudlaşdırmayacağı təqdirdə Meksikanın mallarına 25 faiz rüsum tətbiq edilə biləcəyini demişdi. Meksika Prezidenti isə öz növbəsində mübahisəli məsələlərlə bağlı danışıqlara hazır olduğunu bildirib, lakin qeyd edib ki, onun fikrincə, narkotiklər Meksikanın deyil, Amerikanın problemidir.

Bununla belə, o vurğulayıb ki, Meksika artıq ABŞ-yə qanunsuz miqrantların və narkotiklərin axınını məhdudlaşdırmaq üzrə tədbirlər görüb.

Son xəbərlər

Orphus sistemi