Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb

Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb Bakı. 5 dekabr. REPORT.AZ/ Təqribən 800 miqrant Meksika-ABŞ sərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.
Digər ölkələr
5 Dekabr , 2018 08:47
Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Təqribən 800 miqrant Meksika-ABŞ sərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.

“Report” xəbər verir ki, bunu Meksika Miqrasiya Milli İnstitutunun direktoru Tonatiu Gilyen "Formula" radiosuna müsahibəsində deyib.

Bildirilir ki, qanun pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

"Televisa" telekanalının məlumatına görə, təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub.

Digərləri Meksikanın Tixuana şəhərində miqrantlar üçün yeni salınmış düşərgəyə göndərilib. Bəziləri evə dönməyə qərar verib.

Bundan əvvəl Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb.

Son xəbərlər

Orphus sistemi