Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək

Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək Sürət qatarları Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək
Digər ölkələr
28 Dekabr , 2017 17:43
Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri arasında ilk sürət qatarı dekabrın 31-də yola düşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı EFE agentliyi yayıb.

İlk qatarın yola salınması mərasimində Səudiyyə Ərəbistanı və İspaniya hökumətlərinin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Məkkə ilə Mədinə arasında dəyəri 6,7 milyard avro olan dəmiryolunun tikintisi üçün tender elan etmişdi. Bu tenderin qalibləri İspaniyanın 12, Səudiyyə Ərəbistanının 2 şirkəti olmuşdu. Sürət qatarları Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək.

Son xəbərlər

Orphus sistemi