Məhkəmənin Sarkozi barədə qəbul etdiyi qərar bu gün açıqlanacaq

Məhkəmənin Sarkozi barədə qəbul etdiyi qərar bu gün açıqlanacaq Paris məhkəməsi keçmiş Fransa prezidenti Nikola Sarkozi barədə qəbul etdiyi qərarı bazar ertəsi elan edəcək
Digər ölkələr
1 Mart , 2021 04:27
Məhkəmənin Sarkozi barədə qəbul etdiyi qərar bu gün açıqlanacaq

Paris məhkəməsi keçmiş Fransa prezidenti Nikola Sarkozi barədə qəbul etdiyi qərarı bazar ertəsi (1 mart – Report) elan edəcək.

“Report”un məlumatına görə, 2007-2012-ci illərdə respublikanın rəhbəri olmuş siyasətçi korrupsiya və vəzifəsindən sui-istifadə də günahlandırılır.

Milli Maliyyə Prokurorluğu keçən ilin dekabrında Sarkoziyə telefon danışıqlarını gizli dinlənilməsi ittihamı ilə dörd il (iki il şərti - Red) həbs cəzası tələb edib. Prokurorluq keçmiş vəkil Tieri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziber üçün oxşar cəzanın verilməsi ilə çıxış edib.

İstintaqa görə, Sarkozi vəkili vasitəsi ilə Fransanın L'Oreal şirkəti tərəfindən seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaqda mövcud olan məxfi məlumat müqabilində Aziberə Monako Knyazlığında vəzifə almasında kömək edəcəyinə dair söz verib.

İstintaq ələ keçirilmiş telefon danışıqlarının qeydlərinə istinad edib.

Son xəbərlər

Orphus sistemi