Məhkəmə Nikola Sarkozinin şikayətini təmin etməyib

Məhkəmə Nikola Sarkozinin şikayətini təmin etməyib Bakı. 8 oktyabr. REPORT.AZ/ Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq Prezidenti Nikola Sarkozinin şikayətini təmin etməyib.
Digər ölkələr
8 Oktyabr , 2018 18:22
Məhkəmə Nikola Sarkozinin şikayətini təmin etməyib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq Prezidenti Nikola Sarkozinin şikayətini təmin etməyib. 

“Report” TASS-a istinadən xəbər verir ki, o, istintaqa təzyiq cəhdlərində ittiham edilməsinə dair işin qəbul olunmamasını istəyib. 

“Le Figaro”nun yazdığına görə, N.Sarkozi rüşvət vermək cəhdində və xidmət sirrini faş etməkdə şübhəli bilinir. İstintaqın fikrincə, eks-prezident 2014-cü ildə vəkili Tyerri Herzoq vasitəsilə Kassasiya Məhkəməsinin o vaxtkı baş prokuroru, hazırda təqaüddə olan Jilber Aziberdən məxfi məlumat almağa cəhd göstəribmiş. Belə ki, N.Sarkozi “L’Oreal” ətriyyat şirkətinin sahiblərindən Lilian Betankur tərəfindən 2007-ci ildəki seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair araşdırma çərçivəsində müsadirə olunmuş işçi yazılarını qaytarmaq istəyirmiş.

Qeyd edək ki, Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi də atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi