​Məhkəmə Misirin devrilmiş prezidenti haqda qərarını açıqlayıb

​Məhkəmə Misirin devrilmiş prezidenti haqda qərarını açıqlayıb Onunla birlikdə "Müsəlman qardaşları" hərəkatının daha 12 aparcı üzvü haqda hökm çıxarılıb
Digər ölkələr
21 Aprel , 2015 14:14
​Məhkəmə Misirin devrilmiş prezidenti haqda qərarını açıqlayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Misirin Cinayət Məhkəməsi ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin 20 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Onunla birlikdə "Müsəlman qardaşları" hərəkatının 12 aparcı üzvü, o cümlədən Məhəmməd əl-Beltaği və Üsam əl-Araian da 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar 2012-ci ilin sonunda paytaxt Qahirədə, prezidentin "əl-İttihadiyyə" sarayının yaxınlığında baş vermiş hadisələrdə günahkar biliniblər.

Hərəkatın daha 2 aparıcı üzvünə 10 il iş kəsilib. 

Son xəbərlər

Orphus sistemi