Məhəmməd Mursinin kiçik oğlu vəfat edib

Məhəmməd Mursinin kiçik oğlu vəfat edib Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.
Digər ölkələr
5 Sentyabr , 2019 07:55
Məhəmməd Mursinin kiçik oğlu vəfat edib

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misirin "Masravi" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.

Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib.

Son xəbərlər

Orphus sistemi