Məhəmməd Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarılıb

Məhəmməd Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarılıb Onlar 2013-cü ildə polislərin qətlə yetirilməsində müqəssir bilinirlər
Digər ölkələr
24 Aprel , 2017 23:27

Bakı. 24 aprel. REPORT.AZ/ Misir məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursinin 20 tərəfdarı barəsində 2013-cü ildə polislərin qətlə yetirilməsinə görə ölüm hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Əhram" nəşri yazıb.

Qeyd olunur ki, məhkəmənin qərarına ölkənin ali müftisi tərəfindən baxılacaq.

Bundan əvvəl məhkəmə Məhəmməd Mursi barəsində casusluğa görə çıxarılan ömürlük həbs cəzası hökmünü ləğv edib.

Son xəbərlər

Orphus sistemi