Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır

Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır Bakı. 13 noyabr. REPORT.AZ/ Müsəlman kişi adı olan Məhəmməd Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.
Digər ölkələr
13 Noyabr , 2017 15:12
Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır
Pinterest

Bakı. 13 noyabr. REPORT.AZ/ Müsəlman kişi adı olan Məhəmməd Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.

"Report" TASS-a istinadən xəbər verir ki, statistika bu adın son beş il ərzində təkcə oğlanlara verilən adlarda ilk onluqda olmaqla deyil, həm də siyahının zirvəsinə doğru hərəkət etdiyini göstərir.

2010-cu ildə 99, 2011-ci ildə 111, 2016-cı ildə isə 124 yeni doğulan körpəyə Məhəmməd adı verilib.

Yerli KİV qeyd edir ki, 2017-ci ilin sonunda bu ad Yaxın Şərq və Afrikadan olan miqrasiyanın hesabına daha da populyarlaşacaq.

Son xəbərlər

Orphus sistemi