Medvedev: "İrana S-300 tədarükü İsrail ilə münasibətlərə xələl gətirməyəcək"

Medvedev: "İrana S-300 tədarükü İsrail ilə münasibətlərə xələl gətirməyəcək" "Rusiya regionda gərginlik yaratmaqda maraqlı deyil"
Digər ölkələr
5 Noyabr , 2016 23:10
Medvedev: İrana S-300 tədarükü İsrail ilə münasibətlərə xələl gətirməyəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev İrana S-300 raket kompleksləri ixracının İsrail ilə yaranmış münasibətlərə zidd olmadığını hesab edir.

"Report" xəbər verir ki, bunu o, İsrailin İkinci kanalına müsahibəsində bildirib.

"Xeyir, ziddi deyil. Bizim İsrail ilə isti münasibətlərimiz var və biz onların gələcəkdə də inkişafına ümid bəsləyirik", – deyə baş nazir qeyd edib.

Bununla yanaşı o xatırladıb ki, Rusiya İrana qarşı sanksiyalar qüvvədə olan zaman onlara qoşulub və İslam Respublikasına silah satmayıb.

Onun sözlərinə görə, İran nüvə proqramından imtina etdikdən və sanksiyalar aradan qaldırıldıqdan sonra, Rusiya "mövcud reallıqlar çərçivəsində" hərəkət edir.

Medvedev, həmçinin qeyd edib ki, Rusiya regionda gərginlik yaratmaqda maraqlı deyil.

Son xəbərlər

Orphus sistemi